18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində xüsusi maarifləndirici proqram təşkil olunacaq.
18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində xüsusi maarifləndirici proqram təşkil olunacaq.
Proqram çərçivəsində qonaqlar muzeyin zəngin ekspozisiyası ilə yaxından tanış olacaq, Azərbaycan və dünya incəsənətinin müxtəlif dövrlərini əhatə edən eksponatlar haqqında ətraflı məlumat əldə edəcəklər.
Saat 10:00-dan 17:00-dək uşaqlar üçün ödənişli əsaslarla müxtəlif yaradıcılıq fəaliyyətləri təşkil olunacaq. Balacalar rəsm, xalçatoxuma, eko çanta hazırlanması və “face art” fəaliyyətlərinin hər birində iştirak edərək həm əyləncəli, həm də yaradıcı vaxt keçirmək imkanı əldə edəcəklər.
Saat 16:00-da ”Azərbaycan Milli İncəsənət Muzeyi-90” adlı mühazirə keçiriləcək.
AMiM-nin elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuranə Səlimli tərəfindən təqdim olunacaq mühazirə zamanı muzeyin yaranma tarixi, keçdiyi inkişaf yolu, zəngin kolleksiyası, milli mədəni irsin qorunması istiqamətində fəaliyyəti, eləcə də Azərbaycan təsviri sənətinin təbliğində oynadığı mühüm rol haqqında ətraflı məlumat veriləcək.
Azərbaycan Milli İncəsənət Muzeyi hər kəsi incəsənətin ilhamverici dünyasına səyahət etməyə dəvət edir.
Növ :
TədbirlərVaxt :
18 May 2026 - 18 May 2026event gallery