Aprelin 24-də Azərbaycan Milli İncəsənət Muzeyində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və AMİM-nin birgə təşkilatçılığı iıə tanınmış şair və bəstəkar Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Yasamal rayon MKS-nin direktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova çıxış edərək yubilyarın zəngin yaradıcılıq yolundan bəhs edib.
Tədbir çərçivəsində Xanım İsmayılqızına Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucu diplomu, eləcə də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fəxri fərmanı təqdim olunub. Azərbaycan Milli İncəsənət Muzeyi adından yubilyar təbrik edilərək ona muzeyin Fəxri fərmanı təqdim edilib.
Yubiley tədbirində Xanım İsmayılqızının söz və musiqilərinin müəllifi olduğu əsərləri səsləndirilib, eyni zamanda müxtəlif musiqi məktəblərinin şagirdləri və yaradıcı kollektivləri çıxış edərək yubilyarı təbrik ediblər.
Gecə çərçivəsində M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyi ilə birgə hazırladığı “60 çiçək – bir çələng” adlı Zəfər almanaxı təqdim olunub.
Tədbirin sonunda Xanım İsmayılqızı çıxış edərək yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirib və oxuculara öz kitablarını hədiyyə edib.
Növ :
TədbirlərVaxt :
24 Aprel 2026 - 24 Aprel 2026event gallery