Aprelin 15-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli heykəltaraş, Xalq rəssamı Kamal Ələkbərovun xatirəsinə həsr olunmuş tədbir və eyni zamanda sənətkarın yaradıcılığına dair “Heykəltaraşlıq” həmçinin, rəssam Fərid Ələkbərovun “Neon rəngkarlığı/Qrafika” kitablarının təqdimatı keçirilib.
Aprelin 15-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli heykəltaraş, Xalq rəssamı Kamal Ələkbərovun xatirəsinə həsr olunmuş tədbir və eyni zamanda sənətkarın yaradıcılığına dair “Heykəltaraşlıq” həmçinin, rəssam Fərid Ələkbərovun “Neon rəngkarlığı/Qrafika” kitablarının təqdimatı keçirilib.
Tədbirdə sənətkarın həyat yoldaşı Gülarə Ələkbərova, oğlu, “Farhouse” Neon Sənəti Muzeyinin yaradıcısı Fərid Ələkbərov, AMİM-nin Elmi- tədqiqat üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Əhmədova, Xalq rəssamları Fuad Salayev və Salhab Məmmədov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Kamal Ələkbərov Azərbaycan heykəltaraşlıq sənətində mühüm yer tutaraq monumental və dəzgah əsərlərində insan xarakterinin dərinliyini və mənəvi gücünü yüksək bədii həll ilə ifadə etmişdir. Onun təsviri sənətimizdə özünəməxsus yer tutan zəngin irsi bu gün də aktuallığını qoruyub saxlayır.
Həmçinin bildirilib ki, tədbir çərçivəsində təqdim olunan nəşrlər sənətsevərlər və tədqiqatçılar üçün dəyərli mənbədir.
Tədbirdə Kamal Ələkbərovun sənət yolunun ailəsində davam etməsi və oğlu Fərid Ələkbərovun bu ənənələri qoruyaraq müasir istiqamətdə inkişaf etdirməsi xüsusi qeyd olunub. Onlar Fərid Ələkbərovun yaradıcılığında neon sənətinin mühüm yer tutuğunu və onun işıq, rəng və texnologiyanın sintezi vasitəsilə müasir incəsənətdə yeni ifadə formaları yaratdığını bildiriblər.
Tədbirin bədii hissəsində Kamal Ələkbərovun sevdiyi musiqi nümunələri və klassik əsərlər səsləndirilib, şeirlər bədii qiraət ustası Kamran Yunisin ifasında təqdim olunub.
Proqramda Fərid Ələkbərovun yaradıcılığına həsr olunmuş videoçarx da nümayiş etdirilib.
Tədbir tamaşaçılar tərəfindən alqışlarla qarşılanaraq xoş təəssüratla yadda qalıb.
Növ :
TədbirlərVaxt :
15 Aprel 2026 - 15 Aprel 2026event gallery