3 dekabr 2024-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində "De Bur sarayının kaminləri" adlı layihənin təqdimatı ilə bağlı KİV nümayəndələri üçün mətbuat konfransı keçirildi.
3 dekabr 2024-cü il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində "De Bur sarayının kaminləri" adlı layihənin təqdimatı ilə bağlı KİV nümayəndələri üçün mətbuat konfransı keçirildi. Qeyd edək ki, layihə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakıdakı Rus evinin “Humanitar Missiya Proqramı”nın dəstəyi ilə təşkil olunur. Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova qonaqları salamlayaraq De Bur sarayı və onun dəbdəbəli interyerində mühüm yer tutan kaminlər haqqında məlumat verdi. Şirin Məlikova Rusiyanın "Keramarx" Memarlıq Bədii Keramika Muzeyindən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə reallaşacaq bu elmi-tədqiqat layihəsinin muzey üçün xüsusi əhəmiyyət daşıdığını vurğuladı və layihə çərçivəsində nəzərdə tutulmuş proqramı media mənsublarının diqqətinə çatdırdı. Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurov çıxışında Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən həyata keçirilən layihələrin maraqlı və maarifləndirici xarakterə malik olduğunu qeyd edərək Rusiya-Azərbaycan mədəni ələqələrinin inkişafında mühüm rol oynayan belə proqramlara Rus evinin daima dəstək verəcəyini söylədi. "Keramarx" Memarlıq Bədii Keramika Muzeyinin və "Pallada" bərpa-istehsalat şirkətinin direktoru Konstantin Lixolat çıxışı zamanı Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikovaya, eləcə də Bakıdakı Rus evinin rəhbəri İrek Zinnurova Bakıya dəvət üçün öz təşəkkürünü bildirdi. Daha sonra qonaq rəhbəri olduğu şirkətin bərpa işləri, ümumiyyətlə kamin və sobaların tarixçəsi haqqında qısa məlumat verdi. Çıxışın sonunda Konstantin Lixolat bir neçə kitab və miniatür kamin maketlərini muzeyə hədiyyə etdi.
Növ :
TədbirlərVaxt :
3 Dekabr 2024 - 3 Dekabr 2024event gallery