Fevralın 12-də Azərbaycan Milli İncəsənət Muzeyi və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirilib.
Fevralın 12-də Azərbaycan Milli İncəsənət Muzeyi və Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirilib.
Tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədovanın aparıcılığı ilə baş tutan tədbirdə Elmira xanımın çoxşaxəli ədəbi və publisistik fəaliyyətinə nəzər salınıb, dövlətçilik irsimizə, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr etdiyi kitablar geniş müzakirə obyektinə çevrilib.
Xalq yazıçısı Natiq Rəsulzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyev haqqında kitab yazmağın böyük məsuliyyət və eyni zamanda xoşbəxtlik olduğunu vurğulayıb.
Tədbir çərçivəsində Elmira Axundovanın yaradıcılığına həsr olunmuş videoçarx və şəxsi arxiv materialları əsasında hazırlanmış virtual fotoalbom nümayiş etdirilib.
Tədbirdə yazıçının əsərlərindən parçalar səsləndirilib, xatirələr paylaşılıb, yaradıcılığının müxtəlif mərhələlərindən bəhs edilib.
Oxucularla müzakirələr aparılaraq onların sualları cavablandırılıb. Gecə bədii hissə və klassik musiqi ifaları ilə davam edib.
Sonda Xalq yazıçısı Elmira Axundova kitablarını imzalayaraq oxuculara təqdim edib.
Növ :
TədbirlərVaxt :
12 Fevral 2026 - 12 Fevral 2026event gallery