19-20 may 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Qazaxıstan Muzeylərinin III Beynəlxalq Konqresi keçirilib. AMİM-nin Elmi-bərpa şöbəsinin bərpaçı-rəssamı Samir Talıbov Azərbaycan Milli İncəsənət Muzeyini beynəlxalq tədbirdə təmsil edərək “Azərbaycan Milli İncəsənət Muzeyində konservasiya və bərpa prosesləri” adlı məruzə ilə çıxış edib.
19-20 may 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Qazaxıstan Muzeylərinin III Beynəlxalq Konqresi keçirilib. Qazaxıstan Milli Muzeyində baş tutmuş konqres Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi, TÜRKSOY - Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının dəstəyilə Mədəniyyət İşçiləri Forumu çərçivəsində təşkil olunub. Tədbirə Azərbaycan, Moldova, Özbəkistan, Rusiya, Türkiyə və Türkmənistandan gəlmiş bərpaçılar, muzey işçiləri, eləcə də elm və mədəniyyət sahəsində aparıcı mütəxəssislər və tədqiqatçılar qatılıblar. Konqresin əsas mövzusunu muzey eksponatlarının qorunması və bərpasının aktual məsələləri təşkil edib.
AMİM-nin Elmi-bərpa şöbəsinin bərpaçı-rəssamı Samir Talıbov Azərbaycan Milli İncəsənət Muzeyini beynəlxalq tədbirdə təmsil edərək “Azərbaycan Milli İncəsənət Muzeyində konservasiya və bərpa prosesləri” adlı məruzə ilə çıxış edib. O, həmçinin konqres çərçivəsində “Rəngkarlıq əsərlərinin texnologiyası: müasir problemlər” mövzusunda ustad dərsi keçib.
Növ :
TədbirlərVaxt :
19 May 2025 - 20 May 2025event gallery