23-25 aprel 2025-ci il tarixlərində Çin Xalq Respublikasının Hangzhou şəhərində UNESCO Muzeylər üzrə Ali Səviyyəli Forumunun Üçüncü Buraxılışı keçirilib. Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova təmsil edib.
23-25 aprel 2025-ci il tarixlərində Çin Xalq Respublikasının Hangzhou şəhərində UNESCO Muzeylər üzrə Ali Səviyyəli Forumunun Üçüncü Buraxılışı keçirilib. Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova təmsil edib. Muzey direktorları, mədəniyyət və təhsil mütəxəssisləri, beynəlxalq təşkilatların nümayəndələri, rəqəmsal texnologiya üzrə ekspertləri bir araya gətirən qlobal forumda muzeylərin müasir cəmiyyətlərdəki rolu, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və muzey fəaliyyətində yeni texnologiyaların tətbiqi kimi mühüm mövzular müzakirə olunub.
Növ :
TədbirlərVaxt :
23 Aprel 2025 - 25 Aprel 2025event gallery