Aprelin 18-də Azərbaycan Milli İncəsənət Muzeyində rəssam, kitab illüstratoru, yazıçı Katya Sokolova-Zızakın uşaqlar üçün qələmə aldığı, nəfis rəsmlərlə tərtib etdiyi “Sehrli xalçanın axtarışında” kitabının təqdimatı və müəlliflə görüş keçirilib.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova qonaqları salamlayaraq kitabın yaranma tarixindən, dəyərli məziyyətlərindən, K.Sokolovanın milli incəsənətimizə olan böyük marağından söz açıb.

Daha sonra sənətşünas, fəlsəfə üzrə fəlsəfə doktoru Teymur Daiminin kuratorluğu ilə davam edən tədbirdə K.Sokolova müəllifi olduğu kitab, eləcə də həyat və yaradıcılığı ilə bağlı auditoriyanın ona ünvanladığı sualları cavablandırıb. O, həmçinin öz çıxışında təqdimatın və oxucularla səmimi görüşün təşkilinə görə Azərbaycan Milli İncəsənət Muzeyinə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, kitab iki dost pişiyin sehrli xalça və bu qədim sənətin sirləri axtarışında Bakıya səyahətlərindən bəhs edir. Macəra və əyləncə dolu nağılvari hekayədə uşaqlara Azərbaycan xalça sənətinin zəngin irsi təqdim olunur.

  • Növ :

    Tədbirlər
  • Vaxt :

    18 Aprel 2025 - 18 Aprel 2025

event gallery