Mayın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun yaradıcılığına həsr olunmuş “Arif Məlikovun izi ilə...” adlı musiqi axşamı keçirilib.

Tədbirdə Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, kontratenor İlham Nəzərov, pianoçular Daniil Kirillov və Anna Rasinanın çıxış ediblər.

Çıxışçılar Arif Məlikovun zəngin musiqi irsindən seçilmiş əsərlər və onun sənət ənənəsini davam etdirən müasir bəstəkarların romansları səsləndiriblər.

Konsert proqramında Lalə Cəfərova, Arzu Məmmədova, Elza Seyidcahan, Ceyhun Allahverdiyev, Kəmalə Əlizadə, Sevda Rəhimova, Pikə Axundova, Tamilla Əhədova və Vüsal Namazlinin romansları da təqdim olunub.

Musiqi axşamı dinləyicilərə Arif Məlikovun yaradıcılıq dünyasını yenidən kəşf etmək, Azərbaycan bəstəkarlıq məktəbinin müxtəlif nəsilləri arasında sənət əlaqələrini izləmək və klassik musiqi ənənələrinin müasir interpretasiyalarını dinləmək imkanı yaradıb.

Gecə iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

  • Növ :

    Muzeydə musiqi
  • Vaxt :

    13 May 2026 - 13 May 2026

event gallery