Mayın 12-də Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və AMİM-nin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş instrumental kamera konserti keçirilib.

“Heydər Əliyev adına təqaüdçülər”in ifasında təqdim olunan musiqi proqramı dinləyicilərə klassik kamera musiqisinin incə harmoniyasını və gənc ifaçıların peşəkar ifaçılıq bacarıqlarını yaxından izləmək imkanı yaradıb. Konsertdə Hüseyn Nağıyev (kamança, AMK), Həmayə Baxşıova (fortepiano, ADMİU) və Kənan Məmmədzadə (violin, BMA)

Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqi nümunələrinə,eyni zamanda Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərini səsləndiriblər.

ADMİU tələbəsinin layihəsi əsasında keçirilən konsert ilk dəfə olaraq müxtəlif ali musiqi təhsil müəssisələrini təmsil edən Heydər Əliyev təqaüdçülərini eyni səhnədə bir araya gətirmişdir.

Konsert iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

  • Növ :

    Muzeydə musiqi
  • Vaxt :

    12 May 2026 - 12 May 2026

event gallery