Fevralın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində 2 Fevral — Azərbaycan Gənclər Gününə həsr olunmuş “Klassik musiqi zamanı” adlı konsert proqramı keçirilib.

Fevralın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə musiqi” layihəsi çərçivəsində 2 Fevral — Azərbaycan Gənclər Gününə həsr olunmuş “Klassik musiqi zamanı” adlı konsert proqramı keçirilib.

Tədbirin aparıcısı və kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alena İnyakina olub.

Konsert proqramında A. Darqomıjski, P. Çaykovski, J. Massen, F. P. Tosti, E. Qriq, C. Puççini, S. Raxmaninov, Ü. Hacıbəyli, F. Əmirov, M. Maqomayevin vokal və instrumental əsərləri, həmçinin Azərbaycan xalq musiqisinin incilərindən olan “Sarı gəlin” səsləndirilib.

Dünya opera və instrumental klassikləri, eləcə də sevilən romans və mahnılar Azərbaycan Respublikasının Əməkdar artisti Anton Ferştandtın, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydarovanın, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının konsertmeysteri Dilara Kərimovanın, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin artisti Leyla Kərimovanın, Azərbaycan Dövlət Xor Kapellasının artistləri Kamilla İmanova, Fərhad Ələkbərov, Elyar Əliyevin, N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımov eləcə də Bakı Musiqi Akademiyasının tələbələri — Nəzrin Qulamova və Zeyn Cəfərovun (BMA-nın professoru, Azərbaycan Respublikasının Əməkdar artisti T. Babayevanın sinfi) ifasında təqdim olunub.

Yüksək peşəkarlıqla təqdim edilən konsert proqramı dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb və gur alqışlarla müşayiət olunub.

  • Növ :

    Muzeydə musiqi
  • Vaxt :

    7 Fevral 2026 - 7 Fevral 2026

event gallery