"Azərbaycanım" konserti – klassik musiqinin rəngarəng səsləri bir səhnədə!

"Azərbaycanım" konserti – klassik musiqinin rəngarəng səsləri bir səhnədə!

Mayın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində sənətşünaslıq namizədi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Kamera ansambl" kafedrasının professoru Fəridə Əhmədbəyovanın tələbələrinin iştirakı ilə 28 May-Müstəqillik Gününə həsr olunmuş "Azərbaycanım" adlı konsert baş tutub.

Konsertdə Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məleykə Əhədzadə violində, professor Fəridə Əhmədbəyova isə pianoda çıxış ediblər. Musiqili proqramda Leyla Salamova, Qəmər Mehdiyeva, Fidan Quluzadə, Nəzrin Qulamova, Aybəniz Həsən, Zərifə Hasilova, Əsmər Alxazova, Özcan Cabbari, Səbinə Həsənzadə, Cahan Hacıxanlı, Nərmin Günəşova, İslam Əhmədbəyov və Günel Hacıyevanın ifaları səslənib.

Konsert proqramında Avstriya klassik dövr bəstəkarı Josef Haydn, fransız və Norveç romantizm dövrü bəstəkarları Gabriel Faure və Edvard Grieg, fransız impressionist bəstəkarı Maurice Ravel, eləcə də görkəmli Azərbaycan bəstəkarları – Qara Qarayev, Arif Məlikov və Rauf Hacıyevin əsərləri səsləndirilib.

  • Növ :

    Muzeydə musiqi
  • Vaxt :

    27 May 2025 - 27 May 2025

event gallery