Mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə kino” layihəsi çərçivəsində Azərbaycan memarlıq məktəbinin görkəmli nümayəndələri Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığına həsr olunmuş “Yaradanlar” sənədli filmi nümayiş olunub.

Film nümayişi zamanı XX əsr Azərbaycan memarlığının formalaşmasında mühüm rol oynamış memarların zəngin yaradıcılıq irsi, Bakı şəhərinin memarlıq simasına bəxş etdikləri monumental tikililər və milli memarlıq ənənələrinin müasir yanaşmalarla sintezi haqqında ətraflı məlumat təqdim edilib.

Ekran əsərində sənətkarların layihələri, arxiv materialları və nadir fotoşəkillər vasitəsilə dövrün memarlıq-estetik düşüncəsi işıqlandırılıb, onların Azərbaycan mədəniyyət tarixindəki xüsusi yeri vurğulanıb.

Tədbir iştirakçıları Azərbaycan memarlıq irsinin formalaşmasına töhfə vermiş yaradıcı şəxsiyyətlərin həyat yolu və sənət dünyası ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

  • Növ :

    Muzeydə kino
  • Vaxt :

    17 May 2026 - 17 May 2026

event gallery