Fevralın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə kino” layihəsi çərçivəsində rejissor İlqar Safatın “Doğma torpaq” bədii filminin nümayişi baş tutub.

Fevralın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə kino” layihəsi çərçivəsində rejissor İlqar Safatın “Doğma torpaq” bədii filminin nümayişi baş tutub.

Filmdə vətənə bağlılıq, torpaq yaddaşı və insan taleləri bədii ekran dili ilə təqdim olunur. Qarabağ mövzusuna fərdi baxış bucağı gətirən ekran əsəri tamaşaçıya həm tarixi həqiqətləri xatırladır, həm də doğma yurda qayıdışın mənəvi dəyərini hiss etdirir.

Nümayişdə Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb, film vasitəsilə tarixi yaddaşımızın yaşadılmasının vacibliyi vurğulanıb.

Tədbirin sonunda rejissorla görüş keçirilib, film haqqında fikirlər bölüşülüb, tamaşaçıları maraqlandıran suallar cavablandırılıb.

  • Növ :

    Muzeydə kino
  • Vaxt :

    25 Fevral 2026 - 25 Fevral 2026

event gallery