Mayın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, milli realist dəzgah rəngkarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr edilmiş "Cənnət yuxusu" bədii-sənədli filminin nümayişi olub.

Filmin yaradıcı heyətini və tamaşaçıları salamlayan AMİM-nin direktoru Şirin Məlikova ekran əsərinin nümayişinin 18 May- Beynəlxalq Muzeylər Günü çərçivəsində baş tutduğunu bildirib. M.Q. İrəvaninin həyatı və unikal bədii irsindən bəhs edən filmin yubiley ilinə dəyərli töhfə olduğunu vurğulayıb.
Filmin rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərov böyük sənətkarın həyatı və parlaq yaradıcılıq yolunu işıqlandıran filmin vacib əhəmiyyəti, çəkiliş prosesi, əsas süjet xətti və digər məqamlardan söz açıb.
Böyük maraqla qarşılanan filmin nümayişindən sonra auditoriyanın sualları cavablandırılıb və yaradıcı heyətlə xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə "Yaradıcı Azərbaycan" Tədbirlər Planı çərçivəsində ərsəyə gəlib. Ekran əsərinin rejissoru Elxan Cəfərov, ssenari müəllifi Yavər Rzayev, quruluşçu operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı Səbuhi Atababayevdir.
Növ :
Muzeydə kinoVaxt :
17 May 2025 - 17 May 2025event gallery