Azərbaycan Milli İncəsənət Muzeyi may ayı ərzində uşaqlar üçün hazırlanmış maarifləndirici proqramları təqdim edir.
Azərbaycan Milli İncəsənət Muzeyi may ayı ərzində uşaqlar üçün hazırlanmış maarifləndirici proqramları təqdim edir:
5 May – Xalçaçı Günü
Bu gün çərçivəsində “Azərbaycanda xalçaçılıq sənətinin tarixi” mövzusunda mühazirə keçiriləcək, milli ornamentlərin mənası və inkişaf mərhələləri haqqında məlumat veriləcək. Proqram çərçivəsində tematik ekskursiya və xalçaçılıq ənənələrini yaxından tanımağa imkan verən ustad dərsi təşkil olunacaq.
6 May – AMİM-nin 90 illiyi
“Azərbaycan Milli İncəsənət Muzeyinin yaranma tarixi” mövzusunda mühazirədə muzeyin keçdiyi inkişaf yolu və formalaşma mərhələləri təqdim ediləcək. Eyni zamanda tematik-interaktiv ekskursiya və ustad dərsi vasitəsilə ziyarətçilər muzeyin kolleksiyası ilə daha yaxından tanış olacaqlar.
9 May – Faşizm üzərində Qələbə Gününə həsr olunmuş mühazirə təqdim olunacaq. II Dünya müharibəsi dövrünün sənətdə əksi və tarixi yaddaş məsələləri işıqlandırılacaq. Gün ərzində keçiriləcək tematik ekskursiya və ustad dərsi isə mövzunun bədii interpretasiyasını ziyarətçilərə təqdim edəcək.
10 May – Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü
“Uşaqların hamisi Ümummilli Lider – Heydər Əliyev” mövzusunda mühazirədə onun dövlətçilik fəaliyyəti və mədəniyyətə verdiyi töhfələrdən bəhs olunacaq. Həmçinin “Heydər Əliyev – Dahi şəxsiyyət” sənədli filminin nümayişi, tematik ekskursiya və ustad dərsi keçiriləcək.
10 May – Gül bayramı
Baharın və təbiətin gözəlliyini əks etdirən bu proqram çərçivəsində tematik ekskursiya keçiriləcək, təsviri sənətdə flora motivlərinin yeri haqqında məlumat veriləcək. Ustad dərsi zamanı isə iştirakçılar bu mövzudan ilhamlanaraq yaradıcı fəaliyyətə qoşula biləcəklər.
19 May – “Beynəlxalq abidələr və tarixi yerlər – mədəni irsimiz”
Ümumdünya Şəhərsalma Forumu (WUF) çərçivəsində təşkil olunacaq interaktiv proqramda dünya və Azərbaycan abidələri haqqında maarifləndirici təqdimat keçiriləcək. Tədbir tematik ekskursiya ilə davam edərək iştirakçılara mədəni irsin qorunmasının əhəmiyyətini aşılayacaq.
28 May – Müstəqillik Günü
Bu günə həsr olunmuş mühazirədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və dövlətçilik ənənələri haqqında məlumat veriləcək. Proqram çərçivəsində “28 May” qısametrajlı filmin nümayişi, tematik ekskursiya və ustad dərsi təşkil olunacaq.
Növ :
AMİM Uşaq muzeyiVaxt :
2 May 2026 - 31 May 2026event gallery