Azərbaycan Milli İncəsənət Muzeyi yenidən uşaqları asudə zamanlarını səmərəli keçirmək üçün hər həftənin şənbə və bazar günləri "Uşaqlar üçün incəsənət tarixi" adlı proqrama qatılmağa dəvət edir.

Azərbaycan Milli İncəsənət Muzeyi yenidən uşaqları asudə zamanlarını səmərəli keçirmək üçün hər həftənin şənbə və bazar günləri "Uşaqlar üçün incəsənət tarixi" adlı proqrama qatılmağa dəvət edir.

Ənənəvi olaraq ilk proqramımız qədim dünyanın ən zəngin sivilizasiyalarından biri olan "Qədim Misir incəsənəti"nə həsr olunub. Burada uşaqlar Misir incəsənətinin tarixi, əzəmətli piramidaları, heykəl və freskaları, geyim mədəniyyəti, musiqi və teatrı, eləcə də misirlilərin tarixə bəxş etdiyi ixtiralar və fironların sirli dünyasından bəhs edən mühazirəni dinləyəcəklər.

Ardınca onlar mövzuya uyğun olaraq muzeyin eksponatları əsasında interaktiv ekskursiyada iştirak edəcəklər.

Daha sonra uşaqlar ustad dərsinə qatılaraq qədim Misir incəsənətinin məşhur simvolik nümunələrini öz əlləri ilə hazırlayacaqlar.

Əziz uşaqlar, muzey öz biliklərinizi artırmaq və öyrənərək istirahət etmək üçün əvəzsiz bir məkandır.

Qeyd edək ki, proqramlar Azərbaycan və rus dillərində keçirilir. Proqrama hər həftəsonu saat 11:00-da qatılmaq mümkündür.

İştirak etmək üçün öncədən (012) 492 07 07 və (051) 580 85 21 telefon nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçməyiniz xahiş olunur.

  • Növ :

    AMİM Uşaq muzeyi
  • Vaxt :

    6 Yanvar 2026 - 31 Yanvar 2026

event gallery