Azərbaycan Milli İncəsənət Muzeyi və Sosial Xidmətlər Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hər il 18 may-18 iyun tarixıərində qeyd olunan “İnsan Hüquqları Aylığı” münasibətilə xüsusi tədbir həyata keçirilib.

İyunun 4-ü baş tutan tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Abşeron Sosial Xidmət Mərkəzinin sosial-psixoloji reabilitasiya proqramına cəlb olunmuş fiziki məhdudiyyətli uşaqlar və onların valideynləri iştirak ediblər. Proqramın əsas məqsədi uşaqların incəsənətlə ünsiyyətini artırmaq, onların sosial inteqrasiyasını və yaradıcılıq imkanlarını dəstəkləmək olub.
Tədbir çərçivəsində AMİM-nin Mədəniyyət və təhsil şöbəsinin əməkdaşı, sənətşünas Günel Zaurun təqdimatında “Təsviri sənətdə uşaq obrazları” mövzusunda mühazirə dinlənilib. Daha sonra uşaqlar üçün tematik ekskursiya və ustad dərsi təşkil olunub. İştirakçılar Azərbaycan təsviri sənətində uşaq obrazlarının necə əks olunduğunu muzey eksponatları vasitəsilə daha yaxından öyrəniblər.
Növ :
AMİM Uşaq muzeyiVaxt :
4 İyun 2025 - 4 İyun 2025event gallery