“Muzeydə musiqi” layihəsi çərçivəsində “İlham Nəzərovun tələbə və məzunları” adlı konsert keçiriləcək.

Bazar Ertəsi | 06 May, 2024

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Muzeydə musiqi” layihəsi çərçivəsində 8 may 2024-cü il tarixində saat 19:00- da muzeyimizdə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş “İlham Nəzərovun tələbə və məzunları” adlı konsert keçiriləcək. Konsert proqramında musiqiçilər tərəfindən Ü.Hacıbəyli, M.Maqomayev, C.Cahangirov, Q.F.Hendel, Q.Donisetti, C.Rossini və digər görkəmli Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunacaq.

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.