“Özbəkistan və Azərbaycan: mədəniyyətlərin dialoqu” adlı dəyirmi masa

Cümə axşamı | 02 May, 2024

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova 24 yanvar 2024-cü il tarixində AMEA M.Füzuli adına Əlyazmalar İnstitunda keçirilmiş “Özbəkistan və Azərbaycan: mədəniyyətlərin dialoqu” adlı dəyirmi masaya qatılmışdır. O, “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından Özbəkistan və Azərbaycanın toy mərasimi üçün tikmələri” mövzusunda məruzəsində hər iki xalqın ümumi köklərdən gələn ənənələrinin qeyd edilən tikmələr üzərində öz əksini tapmasından, onların bədii kompozisiya xüsusiyyətlərinin oxşar və fərqli cəhətlərindən bəhs etmişdir.

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.