“Özbəkistanın müasir miniatür rəssamlığı: mədəni yaddaş, yoxsa innovasiya?” adlı mühazirə

Çərşənbə | 01 May, 2024

Əziz dostlar,

 

Azərbaycan Milli İncəsənət Muzeyi sizi “Özbəkistanın müasir miniatür rəssamlığı: mədəni yaddaş, yoxsa innovasiya?” adlı mühazirəyə dəvət edir. Mövzu haqqında Özbəkistan Rəssamlıq Akademiyasının akademiki, sənətşünaslıq üzrə elmlər doktoru, professor, özbək təsviri və dekorativ sənəti haqqında çoxsaylı elmi məqalə və tədqiqatların müəllifi Kamola Akilova məruzə edəcək.

Qeyd edək ki mühazirə 1-8 may 2024-cü il tarixlərində keçiriləcək müasir özbək miniatürçü rəssamlarının “Aşiq dərviş” sərgisi çərçivəsində təqdim olunur.  Mühazirə rus dilində keçiriləcək.

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.