Özbəkistan Respublikasının müasir miniatürçü rəssamlarının “Aşiq dərviş” adlı sərgisi
Çərşənbə | 01 May, 2024
Əziz dostlar,
1-8 may 2024-cü il tarixlərində muzeyimiz sənətsevərlərin böyük marağına səbəb olacaq daha bir sərgiyə ev sahibliyi edəcək. Özbəkistan Respublikasının müasir miniatürçü rəssamlarının əsərlərindən ibarət “Aşiq dərviş” adlı bu sərgidə müxtəlif rəssamların yaradıcılığına aid 80-dən çox təsviri və dekorativ-tətbiqi sənət nümunəsi nümayiş olunacaq. Sərgi Özbəkistan Milli Bankının Təsviri Sənət Qalereyasının təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Sərginin kuratoru Özbəkistan Təsviri Sənət Qalereyasının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kamola Akilovadır.
Qeyd edək ki, qədim miniatür üslubu müasir dövrdə özbək milli ənənələrini davam etdirən rəssamların əsərlərində yeni nəfəs qazanaraq öz inkişaf dövrünü keçirməkdədir. Çağdaş miniatür əsərləri klassik irsi yaşatmaqla bərabər, həm də rəssamların özünəməxsus münasibətinin əks olunduğu dəyərli mənbədir.
Sərgi çərçivəsində ustad dərsi və mühazirə də keçiriləcəkdir.
Əlaqədə qalın
Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.