Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi, dosent Şirin Məlikova “Simurq” beynəlxalq medalı ilə təltif edilib

Çərşənbə | 01 May, 2024

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi, dosent Şirin Məlikova Azərbaycan və beynəlxalq səviyyədə yüksək ruhi mədəniyyətin inkişafına xidmətinə və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının yaradıcı fəaliyyətinə göstərdiyi dəstəyə görə “Simurq” beynəlxalq medalı ilə təltif edilib. Medal Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının 30 illiyi münasibətilə, assosiasiyasının prezidenti, professor Fuad Məmmədov tərəfindən təqdim olunub.

Qeyd edək ki “Simurq” beynəlxalq medalı dünya mədəniyyət nümayəndələrinə mədəniyyətin, demokratiya, sülh və vətəndaş cəmiyyətinin inkişafındakı xidmətlərinə görə verilir.

Muzeyimizin kollektivi adından Şirin xanımı ürəkdən təbrik edir və mədəniyyətimizin inkişafı naminə göstərdiyi xidmətdə uğurlar arzulayırıq.

Əlaqədə qalın

Kolleksiyalar, sərgilər, fəaliyyətlər və digər mövzular haqda xəbərləri əldə edin.