Ünvan :
Niyazi küçəsi 11/9 | Bakı, Azərbaycan AZ1000
  • Əlaqə üçün :

    +994(12) 492-07-07

  • Çərşənbə axşamı, cümə axşamı, cümə 10:00-18:00
    Çərşənbə 12:00-21:00
    Şənbə, bazar 11:00-19:00
    İstirahət günü: bazar ertəsi

Muzeydə davranış qaydaları

Muzeydə davranış qaydaları
MUZEY MƏKANINDA QADAĞANDIR


I. Üzərində gəzdirmək, saxlamaq (o cümlədən istifadə etmək)
 Maye qidalar (qablaşdırılmış içkilər,termosda, karton və plastik stəkanlarda içkilər, alkoqollu içkilər),
 Qida,
 Bütün növ döyüş, xidməti və mülki silahlar (odlu, soyuq, travmatik, pnevmatik, qaz, siqnal və s.),
 Hər növ silahı təqlid edən oyuncaqlar, qədim silahların surəti,
 Kəsici və deşici alətlər (bıçaqlar, o cümlədən qayçılar, multitul və s.),
 Protexnika, elektroşok, qaz balonları, kosmetik spreylər,tezalışan, zərərli və zəhərləyici maddələr,
 Təsviri sənət əsərləri, musiqi alətləri,
 Velosipedlər, diyircəklər, samokatlar, elektrosamokatlar,qiroskuterlər, siqveylərvə digər analoji nəqliyyat
vasitələri,
 Gül-çiçək,
 Hər növ heyvan (bələdçi itlər istisna olmaqla).


II. Muzey zallarına daxil olmaq:
 Gödəkcə, jilet, palto, plaş, trençkot, pərğu və küləkkeçirməyən gödəkcələr,
kürk, dublonka və hər hansı materiallarda (o cümlədən dəri pencək və
jiletlər) olan üst geyimində və ya həmin geyim əşyalarını özləri ilə gəzdirmək;
 Ziyafət geyimində (müvafiq tədbirlərdə iştirak istisna olmaqla)
 Böyük ölçülü (30x40x20 sm-dən artıq olan) əl və bel çantaları
 Çətir.
 Nəzarətçiyə bilet təqdim etməmək;
 Sərxoş vəziyyətdə olmaq.


III. Muzey zallarında:
 Etik davranış qaydalarına riayət etməmək;
 Siqarət çəkmək (o cümlədən elektron siqaretlər);
 Eksponatlara, vitrinlərə və interyer elementlərinə toxunmaq;
 Quraşdırılmış maneə keçidlərinə daxil olmaq;
 İşartı ilə foto çəkmək və ya ştativ, stablizator və monopoddan (selfi-çubuğu) istifadə etmək;
 Muzey rəhbərliyinin razılığı olmadan hər növ *fotosessiya etmək, o cümlədən mobil telefon vasitəsilə
fotosessiya prosesini həyata keçirmək.
 Muzey rəhbərliyinin razılığı olmadan (razılaşdırmadan) kommersiya, reklam, o cümlədən yaradıcı
layihələr çərçivəsində iş aparmaq;
 Muzey rəhbərliyinin razılığı olmadan ştativ, əlavə işıq və / və ya səsyazan avandanlıqlar, rəngli şkala,
əlavə enerji mənbələrindən istifadə edərək peşəkar foto və video çəkilişlər həyata keçirmək, eləcə də
çəkiliş zamanı məkanın və muzey əşyalarının hazırlıq prosesində xüsusi şərtlərə riayət etmək;
 Mobil cihazları və elektrik avandanlıqlarının qüvvə ehtiyatının doldurulması üçün elektrik yuvalardan
istifadə etmək;
 Uca səslə danışmaq və xarici səsgücləndirici vasitəsilə audio bələdçiləri dinləmək;
 Mobil telefonla danışmaq;
 Muzey bələdçisinin müşayiəti olmadan ekskursiya aparmaq;
 Muzey məkanını zibilləmək və çirkləndirmək.


IV. Tamaşaçılar və qrup rəhbərləri məsuliyyət daşıyırlar:
 Azərbaycan Respublikasının qüvvədə olan inzibati, cinayət və mülki qanunvericiliyi ilə müəyyən olunmuş
qaydada muzeydə olduğunu zaman törədilmiş hüquq pozuntularına görə;
 Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyinə görə muzeyə vurduğu maddi ziyana
görə.

QEYD *Fotosessiya dedikdə, fotoqraf və ya operator (o cümlədən, fotosessiya mobil telefon vasitəsilə həyata
keçirilərsə) tərəfindən həyata keçirilən toy, maskarad kostyumu, fəşn və modelin və ya əşyanın başqa
səhnələşdirilmiş foto-video çəkilişləri başa düşülür.
Muzey aşağıdakı xüsusiyyətlərdən birini (və ya bütövlüklə) olan çəkilişi fotosessiya hesab etmək hüququna
malikdir:
• modelin foto-video çəkən şəxsin qarşısında uzun müddətli poza verməsi;
• modellərin, foto-video çəkən şəxslərin çəkiliş zamanı paltar, ayaqqabı, aksesuar və ya digər əlavə
atributların dəyişdirməsi;
• muzeyin interyerində bir baxış nöqtəsindən gətirdikləri obyektlərlə foto və ya video çəkilişi aparması;
• bir və bir neçə tamaşaçının daima poza verməsi, digərinin isə onu çəkməsi və ya çəkilişə hazırlıq
prosesinin həyata keçirilməsi zamanı tamaşaçıların model (modellər) və fotoqraf / operator kimi dəqiq
qrupa bölünməsi (muzeyin zallarında, əsasən bu kimi qrupun olması çəkiliş və ya ona hazırlıq prosesi
kimi nəticəyə gəlinir).

Muzey məkanında foto və video çəkiliş

 Muzey məkanında işartı, ştativ və monopoddan (selfi-çubuğu) istifadə etmədən həvəskar foto və video
çəkilişə icazə verilir.
 Muzey tamaşaçılara monopoddan (selfi-çubuğu) istifadə etmədən tablo və heykəllərdən ara məsafəsi
saxlamaq şərtilə eksponatların fonunda çəkiliş etməyə icazə verir. Ehtiyatlı olun! Uğurlu kadr axtarışı
zamanı təsadüfən eksponata toxuna və ya digər tamaşaçılara mane ola bilərsiniz. Digər tamaşaçıların
incəsənət əsərlərini seyr etmək (baxmaq) istəklərinə hörmətlə yanaşın.
 Əgər muzeydə kommersiya, peşəkar və ya səhnələşdirilmiş çəkiliş etmək istəyirsinizsə, qeyd olunan
whatsapp nömrəsi ilə əlaqə saxlayın: +994503634355

Paylaş :