Çərşənbə axşamı, cümə axşamı, cümə 10:00-18:00
Çərşənbə 12:00-21:00
Şənbə, bazar 11:00-19:00
İstirahət günü: bazar ertəsi
Azərbaycan Milli İncəsənət Muzeyinin nəzdində mövcud olan Ekspert Komissiyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yaradılaraq mədəni sərvətlərin ekspertizası, tarixi, bədii-elmi dəyərinin müəyyənləşdirilməsi və respublikadan çıxarılması üçün şəhadətnamə verilməsi üzrə fəaliyyət göstərir.
Burada vətəndaşlar tərəfindən təqdim olunan predmetlər üzərində kompleks iş aparılır. Peşəkar mütəxəssislərdən təşkil olunan komissiya üzvləri mədəni sərvətlərin texniki ekspertiza məsələlərini həyata keçirir, bununla yanaşı, onların sənətşünaslıq təhlilini verirlər. Texniki ekspertizaya predmetin ultrabənövşəyi şüalarla öyrənilməsi (müəllifin imzasının təsdiqlənməsi və s.), rentgen edilməsi, qrunt və rəng qatının, kətanın analizi, hər bir sənət növünə müvafiq digər kimyəvi təhlillərin, spektoral analizin aparılması və s. daxildir. Sənətşünaslıq təhlilində əsərin aid olduğu dövr, işləndiyi sənət üslubu, müəllifin yaradıcılığına xas olan bədii-texniki xüsusiyyətlər və digər mühüm məqamlar elmi dərəcəli, öz sahəsi üzrə böyük təcrübəyə malik sənətşünaslar tərəfindən təyin edilərək yazılı şəkildə ekspert rəyi kimi təqdim olunur. Uyğunluq sertifikatında isə maddi nümunə haqqında əsas ümumiləşdirici kataloq məlumatları (müəllif, işin adı, texniki göstəricilər və s.) əksini tapır.
Maddi nümunənin ölkədən çıxarılması ilə bağlı icazə sənədi (şəhadətnamə) üçün dövlət rüsumu:
Ekspert rəyi üçün nəzərdə tutulmuş dövlət rüsumu:
Daşınması mümkün olmayan əsər və ya əşyalara yerində baxış keçirilməsi ilə təqdim olunan ekspert rəyi üçün dövlət rüsumu:
Uyğunluq sertifikatı üçün dövlət rüsumu: