Səttar Bəhlulzadə - təbiətin ecazkar nağılı ...
06 Noyabr-31 Yanvar, 2025
Hal hazırda keçirilir
Noyabrın 6-da saat 19:00-da Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı, müasir mənzərə rəngkarlığının görkəmli nümayəndəsi Səttar Bəhlulzadənin 115 illik yubileyinə həsr olunmuş “Səttar Bəhlulzadə - təbiətin ecazkar nağılı” adlı sərgi açılacaq. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın muzeyin kolleksiyasından seçilmiş 40-dan çox rəngkarlıq və qrafika əsəri nümayiş etdiriləcək. Bununla yanaşı, dahi sənətkarın muzey tərəfindən yeni əldə edilmiş 2 rəsm albomu ilk dəfə olaraq sərgilənəcək. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovadır.
Hələ sağlığında ikən əfsanəyə çevrilmiş Səttar Bəhlulzadə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini başa vurduqdan sonra sənətdə təkrarsız yolunu tapmış və bütün yaradıcılığı boyu böyük məhəbbətlə sevdiyi doğma yurdun təbiətini tərənnüm etmişdir. Böyük sənətkar hər bir guşəsinə bələd olduğu ölkəsini qarış-qarış, sanki dərviş kimi gəzmiş və öz əsərlərində Azərbaycan təbiətinin bütöv obrazını əbədiləşdirmişdir.
Təqdim olunan sərgidə Səttar Bəhlulzadənin ecazkar təbiət lövhələri ilk dəfə olaraq sufizm fəlsəfəsində rənglərin mənəvi inkişafın müxtəlif mərhələlərini simvolizə edən konsepsiya əsasında nümayiş olunur. Təbiət aşiqi rəssamın yaratdığı lirik-fəlsəfi xarakterə malik füsunkar mənzərələri sufi rənglər simvolikasına görə yaradıcılığının müəyyən bir mərhələsini ifadə edir.
Kuratorun ideyasına uyğun olaraq, sənət yolunun başlanğıcını – əzm, səbir mərhələsini təcəssüm edən mavi rəngli ilk zalda realizmdən qaynaqlanan “Qudyalçay vadisi”, “Amsar bağlarında” kimi təbiət təsvirləri, əbədi gənclik, mənəvi hüzur, təbiət gözəlliklərini yaradana məhəbbətlə əlaqələndirilən yaşıl zalda isə Azərbaycan təbiətinin ayrı-ayrı cizgilərini əks etdirən “Yaşıl xalı”, “Qızbənövşəyə gedən yol” kimi rəngkarlıq, “Göygöl”, “Mənzərə” və s. qrafik rəsmləri yer almışdır.
Qırmızı zal sənətə ehtirasla bağlanan rəssamın öz dəst-xəttini formalaşdıraraq milli mənzərə rəngkarlığında yeni səhifə açdığı dövrü əks etdirir. Fəlsəfi çalarlarla müşaiyət olunan lirizm, eyni zamanda qədim miniatür və xalça sənətindən qaynaqlanan dekorativlik bu əsərləri səciyyələndirən başlıca xüsusiyyətlərdəndir. “Mənim anam”, “Oyanış”, “Odlu torpaq” kimi əsərlərinin yer aldığı sarı zal odlar yurdu Azərbaycanın valehedici mənzərələrini təcəssüm etdirərək, həm də rəssamın sakral dünyasının ifadə edir.
Yaradıcılığının kuliminasiya nöqtəsini həyatı boyu yaşatdığı mənəvi paklığı, daxili nuru, sənətkar və şəxsiyyətin bir varlıqda vəhdətini özündə ehtiva edən bəyaz zal xəyal etdiyi “Gülüstan”a, sanki ağ duvağa bürünmüş “Xəzər gözəli”nə, “Mavi əfsanə”yə, tərənnüm etməkdən usanmadığı Abşerona əbədi sevgisinin izharıdır.
Multimedia vasitələrindən istifadə edilən sərgidə rəssamın “Gülüstan” əsəri, vizuallaşdırılmış təqdimatda-animasiya formasında da təqdim ediləcək. Bununla yanaşı, sənətkarın vitrində sərgilənən albomlarının bütün səhifələri elektron formatda, sensorlu ekran (touchscreen) vasitəsilə nümayiş olunacaq, həmçinin “Bu, Səttar Bəhlulzadədir” sənədli filmindən fraqmentlər göstəriləcək .
Qeyd edək ki, sərgi 31 yanvar 2025-ci il taixinədək davam edəcək.
RU
«Саттар Бахлулзаде: дивная сказка природы»
6 ноября 2024 г. – 31 января 2025 г.
6 ноября в 19:00 в Азербайджанском национальном музее искусств состоится открытие выставки «Саттар Бахлулзаде: дивная сказка природы», посвященной 115-летию со дня рождения Саттара Бахлулзаде – выдающегося представителя современной пейзажной живописи. На выставке, организованной Министерством культуры Азербайджанской Республики и Азербайджанским национальным музеем искусств в рамках 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29), будет представлено более 40 живописных и графических работ художника из собрания музея. Кроме того, на выставке будут впервые экспонироваться два художественных альбома гениального художника, недавно приобретенные музеем. Куратор выставки – доктор философии по искусствоведению, доцент Ширин Меликова.
Саттар Бахлулзаде, еще при жизни ставший легендой, после завершения учебы в Азербайджанском государственном художественном училище имени А.Азимзаде и Московском государственном художественном институте имени В.И.Сурикова сумел отыскать свой неповторимый путь в искусстве. На протяжении всей своей жизни он воспевал горячо любимую природу родного края, где исходил буквально каждый уголок в своих путешествиях, напоминающих странствия дервиша. В своих произведениях он увековечил целостный образ природы Азербайджана.
В рамках данной выставки прекрасные пейзажи Саттара Бахлулзаде впервые представлены на основе концепции цвета как символа различных этапов духовного развития в философии суфизма. Созданные влюбленным в природу художником лирико-философские пейзажи отражают этапы его творчества благодаря символике суфийских красок.
По замыслу куратора, в первом, голубом зале, символизирующем начало художественного пути – этап упорства и терпения, демонстрируются базирующиеся на реализме образы природы – такие, как «Долина Гудиалчая» и «Сады Амсара». Зеленый – это цвет юности, духовного равновесия, любви к творцу природных красот, и в зеленом зале можно увидеть такие образы родной природы, как живописные произведения «Зеленый ковер», «Дорога в Гызбановше», а также графические работы «Гёйгёль», «Пейзаж» и др.
Красный зал отражает период, когда увлеченный искусством художник, сформировав собственный творческий почерк, открыл новую страницу в национальной пейзажной живописи. К числу основных черт, характеризующих выставленные здесь произведения, относится лиризм, сопровождаемый философским подтекстом, а также декоративность, берущая свое начало в средневековой миниатюре и ковровом искусстве. Желтый зал, где экспонируются такие работы, как «Моя мать», «Пробуждение», «Огненная земля», не только показывает зрителю завораживающие пейзажи Азербайджана, но и отражает сакральный мир художника.
В белом зале, символизирующем душевную чистоту, внутренний свет, единение художника и личности в одном существе, показана кульминация творчества художника, его неиссякаемая любовь к родному Абшерону, «Гюлистан», о котором он мечтал, «Каспийская красавица» под белой вуалью, «Голубая легенда».
Концепция выставки предполагает использование средств мультимедиа. Так, произведение «Гюлистан» будет представлено в виде визуализированной презентации-анимации. Все страницы альбомов художника, выставленные на витрине, будут отображаться в электронном формате через сенсорный экран (тачскрин). Кроме того, частью выставки станут фрагменты документального фильма «Это – Саттар Бахлулзаде».
Выставка продлится до 31 января 2025 года.
ENG
‘Sattar Bahlulzadeh: An Incredible Fairy Tale of Nature’
Nov 6, 2024 – Jan 31, 2025
On November 6 at 19:00, the Azerbaijan National Museum of Art will open the exhibition ‘Sattar Bahlulzadeh: An Incredible Fairy Tale of Nature’ dedicated to the 115th anniversary of Sattar Bahlulzade, a national artist and a prominent figure in modern landscape painting in Azerbaijan. Organized by the Ministry of Culture of the Republic of Azerbaijan and the National Museum of Art, this exhibition coincides with the 29th session of the Conference of the Parties to the UN Framework Convention on Climate Change (COP29). It will showcase more than 40 paintings and graphic works from the museum’s collection. Additionally, two art albums by Bahlulzadeh, recently acquired by the museum, will be exhibited for the first time. The exhibition is curated by Shirin Malikova, PhD in Art History, Associate Professor.
Sattar Bahlulzadeh became a legend during his lifetime. After studying at the A. Azimzadeh Azerbaijan State Art School and V. I. Surikov Moscow State Art Institute, he developed a unique artistic style. Throughout his life, he celebrated the nature of his homeland, exploring every corner of it in his journeys reminiscent of a dervishs wanderings. His works immortalize the holistic image of Azerbaijans landscapes.
This exhibition presents Bahlulzadehs beautiful landscapes through the lens of colour symbolism, reflecting different stages of spiritual development in Sufi philosophy. The lyrical and philosophical landscapes he created out of a deep love for nature showcase the evolution of his artistic journey through Sufi colour symbolism.
According to the curators plan, the Blue-hued first Hall signifies the journeys beginning—capturing perseverance and patience. Here, youll discover realism-based representations of nature alongside the artists early landscape masterpieces, including works like ‘Gudyalchai Valley’ and ‘Amsar Gardens’.
The Green Hall, symbolizing youth, spiritual balance, and love for the creator of natural beauty, features works such as ‘Green Carpet,’ ‘Road to Gizbanovsha,’ and various graphic works, including ‘Goygol,’ and ‘Landscape.’
The Red Hall reflects the period when the artist, passionate about his craft, developed his own unique style, and a groundbreaking a new chapter in national landscape painting. The works displayed here are characterized by lyricism intertwined with philosophical nuances, alongside decorative elements inspired by medieval miniature and carpet art.
The Yellow Hall captivates visitors with works such as ‘My Mother,’ ‘Awakening,’ and ‘Tierra del Fuego,’ beautifully illustrating the enchanting landscapes of Azerbaijan while also revealing the artists profound inner journey.
The White Hall stands as a powerful symbol of purity and the deep unity between the artist and his inner self. It serves as the apex of Bahlulzadehs creative journey, featuring remarkable works such as ‘Gulistan,’ which captures his aspirations, ‘Caspian Beauty,’ elegantly shrouded in a white veil, and the enchanting ‘Blue Legend.’ Each piece invites viewers to explore the profound beauty of his artistic vision.
The exhibition’s concept incorporates multimedia elements. For instance, ‘Gulustan’ will be showcased as a visual animated presentation. All pages of the artists albums displayed in the showcase will be accessible in electronic format through a touchscreen. Additionally, excerpts from the documentary film ‘This is Sattar Bahlulzadeh’ will also be included in the exhibition. The exhibition will run until January 31, 2025.
Son Sərgilər
Səttar Bəhlulzadə - təbiətin ecazkar nağ...
Ətraflı...Beynəlxalq Muzeylər Günü...
Ətraflı...«Açıq qapı» Günü 18 may...
Ətraflı...Beynəlxalq Muzeylər Günü...
Ətraflı...