İ.Repin adına Sankt-PeterburqRəssamlıqAkademiyası.Memorandum...

01 May-01 May, 2024

Keçirilmiş

1 may 2024-cü il tarixində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi və İ.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandum muzey və ali təhsil müəsissəsi arasında mədəni əməkdaşlığın genişləndirilməsi, birgə elmi - tədqiqat, konservasiya və bərpa sahəsində təcrübə və bilik mübadiləsinin aparılması, sərgi, elmi seminar və konfransların təşkili kimi məsələləri əhatə edir.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova və İ.Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasının rektoru Semyon Mixaylovski iki qurum arasında məhsuldar əməkdaşlığın nəticələrinin Azərbaycan və Rusiya mədəni əlaqələrinin inkişafına faydalı olacağına ümidvar olduqlarını bildirdilər.

Memorandumun imzalanma mərasimində Rusiya Dövlət Dumasının üzvləri, Bakıdaki Rus evinin rəhbəri İrek Zinnurov, beynəlxalq sərgi layihələrinin kuratoru, tanınmış sənətşunas Zelfira Trequlova iştirak ediblər.

Son Sərgilər

Beynəlxalq Muzeylər Günü...

Ətraflı...

«Açıq qapı» Günü 18 may...

Ətraflı...

“Kamera ansamblı” kafedrasının konserti ...

Ətraflı...

"Vətəndaş rəssam" adlı film nümayiş olun...

Ətraflı...