“Zamanla dialoq” adlı sərgisi ...
08 Dekabr-10 Yanvar, 2024
Keçirilmiş
Dekabrın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Tofiq Ağababayevin 95 illik yubileyinə həsr olunmuş “Zamanla dialoq” adlı sərgi açılıb. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilib. Burada rəssamın yetmiş ilə yaxın dövrü əhatə edən yaradıcılığının müxtəlif mərhələlərində ərsəyə gətirdiyi 50-ə yaxın sənət əsəri nümayiş olunur.
Sərginin ekspozisiyası Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xəzər Muzey Mərkəzinin kolleksiyasından seçilmiş təsviri sənətin rəngkarlıq, qrafika növünə aid əsərləri, dekorativ-tətbiqi sənətin şüşə, keramika sahələrində yaradılmış nümunələri əhatə edir.
Sərginin portretlər qalereyasının əsas qəhrəmanı böyük sərkərdə, görkəmli dövlət xadimi Şah İsmayıl Xətainin əzəmətli obrazıdır. Ekspozisiyada “Məhəmməd Füzuli”, “İlyas Əfəndiyev”, “Rasim Babayev”, “İzzət Orucova” kimi ictimai, ədəbiyyat, incəsənət və elm xadimlərinin sanki bir-birilə dialoq yaradan, rəng və kompozisiya baxımından vəhdətdə olan portretləri də təqdim edilir. Burada, həmçinin müəllifin sevimli Abşeron mənzərələri, sənaye mövzusunda yaratdığı əsərləri, zəngin dekorativlik və rəng həlli ilə seçilən folklor motivli tabloları, “Azərbaycan lirikası” adlı keramik triptixi, plastik forma və təsvirin ahəng yaratdığı digər şüşə və keramika məmulatları sərgilənir. Bu əsərlər sənətkarın 1950-ci illərdən başlanan uzun, çoxşaxəli yaradıcılıq yolunun ayrı-ayrı mərhələlərini dolğun şəkildə izləməyə imkan verir.
Sərgidə rəssamın həyat və yaradıcılıq yolunu əks etdirən videoslayd və televiziya kanalına verdiyi müsahibəsi də yer almışdır.
Sərgi 2024-cü 10 yanvar tarixinədək davam edəcək.
Son Sərgilər
Səttar Bəhlulzadə - təbiətin ecazkar nağ...
Ətraflı...Beynəlxalq Muzeylər Günü...
Ətraflı...«Açıq qapı» Günü 18 may...
Ətraflı...Beynəlxalq Muzeylər Günü...
Ətraflı...