“AMİM-də Şənbə” ...
26 Noyabr-26 Noyabr, 2022
Keçirilmiş
Bütün sənətsevərlərin nəzərinə!
Noyabr ayının sonuncu şənbəsi Azərbaycan Milli İncəsənət Muzeyi yeni layihəsi ilə sizi salamlayır. Hər yaş qrupunun marağına səbəb olan bir-birindən zəngin ustad dərslərini özündə cəmləyən “AMİM-də şənbə” adlı tədbir proqramı zamanı əylənəcək və sənət emalatxanamızda yaradıcı bacarıqlarınızı inkişaf etdirəcəksiniz.
Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş layihəmiz “Tolerantlıq ölkəsinə səyahət!” devizi adlı proqram ilə start götürəcəkdir. Ziyarətçilərimizin mədəni biliklərini zənginləşdirmək, ayrı-ayrı ölkələrin incəsənəti ilə tanış etmək, müxtəlif mədəniyyətlər arasında körpü yaratmaq məqsədi ilə təqdim etdiyimiz proqram 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzi bədii kollektivinin çıxışı ilə başlayacaqdır. Mədəni istirahətinizin bir parçasına çevriləcək layihəmizdə iştirakçılar proqramda təqdim olunan bir-birindən müxtəlif ustad dərslərində iştirak etmə fürsəti qazanacaqlar.
Əziz valideyinlər, sizi də unutmadıq. Sənət emalatxanamızda incəsənət aləminə qərq olmaq, asudə vaxtınızı səmərəli keçirtmək istəyirsinizsə, proqrama daxil olan bədii şüşə üzərində “Milli motivlər” kompozisiyasını rəngləyə və ya Panno üzərində öz şah əsərinizə həyat verə bilərsiniz. Yox, əgər sadəcə övladınızla birgə muzeyə səyahət etmək istəyirsinizsə, endirimli qiymət təklifimizdən yararlana bilərsiniz.
Ödəniş - 3 AZN
Habelə, qonaqlarımızı muzeyin kolleksiyası ilə tanışlıq gözləyir. De Bur sarayında sərgilənən Qərb və Şərq incəsənəti nümunələri, "Azərbaycan incəsənəti minilliklər boyu" və “Mədəniyyətimizin incisi - Qarabağ” tematik sərgi ilə tanış olacaqlar.
Ustad dərslərində iştirak etmək üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur. Əlaqə telefonu: (+994 12) 492 07 07
Son Sərgilər
KamART İncəsənət Qalereyasının yubiley s...
Ətraflı...Tahir Salahov və Tofiq Cavadov mənzərələ...
Ətraflı...28 May - “Müstəqillik Günü”...
Ətraflı...“Kölgələrin oyunu” adlı proqram...
Ətraflı...