“AMİM-də Şənbə” ...

26 Noyabr-26 Noyabr, 2022

Keçirilmiş

Bütün sənətsevərlərin nəzərinə!

Noyabr ayının sonuncu şənbəsi Azərbaycan Milli İncəsənət Muzeyi yeni layihəsi ilə sizi salamlayır. Hər yaş qrupunun marağına səbəb olan bir-birindən zəngin ustad dərslərini özündə cəmləyən “AMİM-də şənbə” adlı tədbir proqramı zamanı əylənəcək və sənət emalatxanamızda yaradıcı bacarıqlarınızı inkişaf etdirəcəksiniz.

Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş layihəmiz “Tolerantlıq ölkəsinə səyahət!” devizi adlı proqram ilə start götürəcəkdir. Ziyarətçilərimizin mədəni biliklərini zənginləşdirmək, ayrı-ayrı ölkələrin incəsənəti ilə tanış etmək, müxtəlif mədəniyyətlər arasında körpü yaratmaq məqsədi ilə təqdim etdiyimiz proqram 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzi bədii kollektivinin çıxışı ilə başlayacaqdır. Mədəni istirahətinizin bir parçasına çevriləcək layihəmizdə iştirakçılar proqramda təqdim olunan bir-birindən müxtəlif ustad dərslərində iştirak etmə fürsəti qazanacaqlar.

Əziz valideyinlər, sizi də unutmadıq. Sənət emalatxanamızda incəsənət aləminə qərq olmaq, asudə vaxtınızı səmərəli keçirtmək istəyirsinizsə, proqrama daxil olan bədii şüşə üzərində “Milli motivlər” kompozisiyasını rəngləyə və ya Panno üzərində öz şah əsərinizə həyat verə bilərsiniz. Yox, əgər sadəcə övladınızla birgə muzeyə səyahət etmək istəyirsinizsə, endirimli qiymət təklifimizdən yararlana bilərsiniz.

Ödəniş - 3 AZN

Habelə, qonaqlarımızı muzeyin kolleksiyası ilə tanışlıq gözləyir. De Bur sarayında sərgilənən Qərb və Şərq incəsənəti nümunələri, "Azərbaycan incəsənəti minilliklər boyu" və “Mədəniyyətimizin incisi - Qarabağ” tematik sərgi ilə tanış olacaqlar.

Ustad dərslərində iştirak etmək üçün öncədən  qeydiyyatdan keçməyiniz xahiş olunur. Əlaqə telefonu: (+994 12) 492 07 07

Son Sərgilər

“AMİM-də Şənbə” ...

Ətraflı...

“AMİM-də şənbə” layihəsi ...

Ətraflı...

“Zəfərin mübarəkdir, ey Vətən!”...

Ətraflı...

Hafiz Məmmədovun 100 illik yubiley sərgi...

Ətraflı...