Ünvan :
Niyazi küçəsi 11/9 | Bakı, Azərbaycan AZ1000
  • Əlaqə üçün :

    +994(12) 492-07-07

  • Çərşənbə axşamı, cümə axşamı, cümə 10:00-18:00
    Çərşənbə 12:00-21:00
    Şənbə, bazar 11:00-19:00
    İstirahət günü: bazar ertəsi

Dünya İncəsənəti

Muzeyin dünya incəsənəti kolleksiyası özündə 8000-dən çox eksponatı ehtiva edir. Buraya Qərbi Avropa, rus və Şərq ölkələri incəsənətinə aid təsviri və dekorativ-tətbiqi sənət əsərləri daxildir. Qərbi Avropa kolleksiyası İtaliya, Flamand, Hollandiya, Almaniya, Fransa kimi ölkələrin XVI-XX əsrləri əhatə edən nadir sənət nümunələrindən ibarətdir. Bununla yanaşı, nəfis tərtibatı və gözəlliyi ilə seçilən Şərq miniatürləri, Türkiyə, İran kimi qədim mədəniyyətə malik ölkələrin zərif bədii tikmə, geyim, xalça, keramika, bədii metal, ağacoyma nümunələri, həmçinin Çin, Yaponiya, Hindistanın unikal sənət ənənələrini əks etdirən əsərlər misilsiz eksponatlardandır. Rus incəsənətinin zəngin kolleksiyası onun XVII-XX əsrlər ərzində keçdiyi inkişaf yolu ilə dolğun şəkildə təmsil olunur. XX əsr rus incəsənətində fenomen sayılan avanqard sənətin seçilən nümunələri bu kolleksiyanın xüsusi hissəsini təşkil edir.
Awesome Image

Qədim dövr və orta əsrlər incəsənəti

Muzeyin qədim dövr və orta əsrlər incəsənətinə aid kolleksiyası Misir, yunan və Roma incəsənətinə aid dekorativ-təbiqi sənət və kiçik plastika nümunələri, orta əsrlər Çin, Yaponiya incəsənətinə aid bənzərsiz sənət əsərlərindən ibarətdir.
Awesome Image

XVI-XIX əsrlər Qərbi Avropa incəsənəti

AMİM-nin XVI-XVIII əsrlər dünya incəsənətini əhatə edən kolleksiyasına İntibah, barokko, klassisizm, rokoko, romantizm və s. kimi məşhur Qərbi Avropa sənət istiqamətlərinə aid əsərlər daxildir. Burada İtalya, Flamand, Hollandiya, Almaniya, Fransa kimi aparıcı incəsənət mərkəzi olan ölkərin görkəmli sənətkarlarının əsərləri yer alıb. Onların sırasında Frans Hals, Yustus Susterman, Adrian Brauver, Adrian van Ostade, Jak Kalo, Antuan Jan Qudon, Jan Batist Qryoz, Jan Onore Fraqonar, Fridrix Kaulbax və başqalarını göstərmək olar.
Awesome Image

XVIII - XX əsrlər rus incəsənəti

Muzey rus incəsənətinin XVIII-XX əsrləri əhatə edən zəngin kolleksiyasına malikdir. İ.P. Arqunov, F.S Rokotov, V.L.Borovikovski, V.A.Tropinin, K.P.Bryulov, İ.İ.Şişkin, F.A.Vasilyev, V.V.Pukiryov, V.V.Vereşşagin və başqa klassik rəssamlıq məktəbinin məşhur sənətkarlarının, həmçinin XX əsr rus incəsənətində fenomen sayılan avanqard sənətin İ.İ.Maşkov, L.M.Lisitski, K.A.Korovin, V.V.Kandinski, P.P.Konçalovski kimi seçilən nümayəndələrinin əsərləri bu kolleksiyanın xüsusi hissəsini təşkil edir.
Awesome Image

Şərq incəsənəti

Muzeyin kolleksiyasının mühüm hissəsini Türkiyə, İran Çin, Yaponiya, Hindistan kimi Şərq ölkələrinə aid əsərlər təşkil edir. Nəfis tərtibata malik miniatürlər, təsvir və kalliqrafiyanın heyrətamiz vəhdətini əks etdirən divar pannoları, zərif, rəngarəng xalça və tikmələr, mükəmməl rəng həlli və ornamentalığı ilə seçilən keramik məmulatlar, inkrustasiya edilmiş məişət predmetləri və dekorativ-tətbiqi sənətin digər nümunələri unikal Şərq sənətkarlıq ənənələrinin bariz təcəssümüdür.