Bir çox janrlarda bənzərsiz əsərlərin müəllifi olan görkəmli rəssam Böyükağa Mirzəzadə (1921-2007) öz yaradıcılığında neft mövzusuna da müraciət etmişdir. Onun fırçasından çıxmış sənaye mənzərələrində təbiətə rövnəq verən fədakar neftçi əməyinin qüdrəti tərənnüm olunur. Belə əsərlərdən biri kompozisiya və kolorit həllinin mükəmməlliyi ilə seçilən “Çənlər” tablosudur. Burada Xəzərin göy səthi nəhəng silindrik çənlərin üzərindəki parlaq günəş işığının yaratdığı qızılı-sarı rənglərlə maraqlı ahəng yaradır.