SSRİ, Azərbaycan və Rusiyanın Xalq rəssamı, “sərt üslub”un görkəmli nümayəndəsi Tahir Salahovun (1928-2021) yaradıcılığında Azərbaycan neftçilərinin həyatından bəhs edən silsilə rəsmlər önəmli yer tutur. Bu əsərlərdə dövrün qəhrəmanlıq pafosu, Xəzər dənizi üzərində ucalan polad adaların əzəməti duyulur. "Təmirçilər" əsərində Tahir Salahovun sevimli neftçi obrazları əks olunub. Bu tablo rəssamın yaradıcılığının xarakterik xüsusiyyətlərini özündə aydın şəkildə birləşdirir. Əsərdəki qəhrəmanlar sadəliyi, daxili sərtliyi və monumental həll ilə izləyicini valeh edir. Rəssam xatirələrində qeyd edib ki, nefçilərin qrup portretlərini yaratmaq üçün neft daşlarına yollanırdı, lakin dənizdə baş vermiş qəza onu bu fikirdən daşındırdı və təmirçiləri təsvir etməklə nəticələndi. Bu kompozisiyada, suları yarıb keçən, motorlu katerdə əyləşmiş təmkinli, cəsarətli, təmirçilər qəza yerinə yollanırlar. Qəhrəmanların sərt simalarına baxmayaraq, təmirçilərdən birinin əlində olan kiçik ağ qızılgül simvolik məna daşıyır. Belə ki, nefçilərin növbəyə gedərkən ailələrindən xatirə götürmək ənənəsi