Azərbaycan və SSRİ Xalq rəssamı, boyakarlıq sənətinin görkəmli nümayəndəsi Mikayıl Abdullayev (1921-2002) Mingəçevir silsiləsinə daxil olan “Səadət qurucuları” əsərində qurub-yaradan zəhmətkeş insanların əməyini poetik ümumiləşdirmə ilə fırçaya alıb. Aparılan quruculuq işlərinin fonunda iki gənc aşiqin saf məhəbbəti əks olunub. Arxa planda verilmiş inşa edilməkdə olan şəhər onların gələcək həyatının, səadətinin rəmzinə çevrilərək özündə dərin məna daşıyır.