21 noyabr 2024-cü il tarixində Rumıniyanın Brukenthal Milli Muzeyi tərəfindən keçirilmiş "Ars et Historia" adlı beynəlxalq simpoziumunda ölkəmizi təmsil etmiş Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovanın "İncəsənət və hakimiyyət" adlı məruzəsi yeni çapdan çıxmış simpozium materialında yer alıb.