Rusiyada nəşr olunan “ İndustriya turizma i kulturı” adlı beynəlxalq jurnalın yaz buraxılışında Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovanın AMİM-nin tarixi, kolleksiyası, müxtəlif fəaliyyət istiqamətlərindən bəhs edən məqaləsi dərc olunub. Qeyd edək ki, jurnalın bu sayı "İnturmarket -2025" beynəlxalq turizm sərgisində təqdim ediləcək.