Yanvarın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli Azərbaycan rəssamı Əzim Əzimzadənin 145 yubileyinə həsr olunmuş “Əzim Əzimzadənin həyat və yaradıcılığl” adlı mühazirə keçirilib. AMİM- nin Elmi-tətqiqat şöbəsinin böyük elmi işçisi Gülnaz Mustafayeva tərəfindən təqdim olunmuş mühazirədə sənətkarın maraqlı həyat yolu, yaradıcılıq mərhələləri və milli incəsənətə bəxş etdiyi töhfələrdən bəhs edilib.

Mühazirədə Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin bədii irsi - böyük söz ustadı M.Ə.Sabirin "Hophopnamə"sinə, "Molla Nəsrəddin" jurnalına çəkdiyi ictimai-siyasi, məişət mövzularda işlədiyi satirik rəsm və karikaturalar, geyim və dekorasiya eskizləri təhlil obyektinə çevrilib. Onun sosial problemləri tənqid edən, savadsızlığa, bərabərsizliyə və xalqın mədəni inkişafına zidd olan digər ənənələrə tutarlı münasibət sərgiləyən  əsərlərindən söz açılıb. Görkəmli sənətkarın muzeyin kolleksiyasında qorunub saxlanılan çoxsaylı qrafika nümunələrinin fotoşəkilləri nümayiş etdirilərək bu əsərlərin incəsənətimiz üçün çox dəyərli irs olduğu vurğulanıb.

Daha sonra çıxış edən Elmi- tədqiqat şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov Ə.Əzimzadənin özündən sonrakı rəssamlar nəslinə böyük təsir göstərərək Azərbaycan təsviri sənətində bir məktəb yaratdığını qeyd edib.

Dinləyicilər tərəfindən böyük maraqla qarşılanan mühazirənin sonunda onları maraqlandıran suallar cavablandırılıb.

  • Növ :

    Muzeydə mühazirə
  • Vaxt :

    30 Yanvar 2025 - 30 Yanvar 2025