Sizi 13 fevral 2025- ci il tarixində saat 16:00- da  muzeyimizdə keçiriləcək “Azərbaycan Milli İncəsənət Muzeyi: tarixin dərinliyindən zamanın zirvəsinə kimi“ adlı növbəti maraqlı mühazirəyə dəvət edirik.

Sizi 13 fevral 2025- ci il tarixində saat 16:00- da  muzeyimizdə keçiriləcək “Azərbaycan Milli İncəsənət Muzeyi: tarixin dərinliyindən zamanın zirvəsinə kimi“ adlı növbəti maraqlı mühazirəyə dəvət edirik. AMİM-nin Mədəniyyət və təhsil şöbəsinin müdiri Səbinə Məlikova tərəfindən təqdim olunacaq mühazirədə Azərbaycan Milli İncəsənət Muzeyinin yaranma tarixindən, bugünədək keçdiyi inkişaf yolundan, milli və dünya mədəni irsini əhatə edən zəngin kolleksiyasından,  eləcə də müxtəlif auditoriyalar üçün nəzərdə tutulmuş mədəni və təhsil proqramlarından ətraflı danışılacaq.

Giriş sərbəstdir.

  • Növ :

    Muzeydə mühazirə
  • Vaxt :

    13 Fevral 2025 - 13 Fevral 2025