Oktyabrın 31-də "Muzeydə mühazirə" layihəsi çərçivəsində "Hollandiya incəsənəti" mövzusunda növbəti mühazirə keçirilib. Muzeyin İnnovasiya şöbəsinin müdiri, sənətşünas Məhbarə Abbasova tərəfindən təqdim olunmuş mühazirədə Qərbi Avropa incəsənətinin önəmli hissəsini təşkil edən Hollandiya incəsənətinə, görkəmli holland rəssamlarının sənət dünyasına nəzər salınıb.
Oktyabrın 31-də "Muzeydə mühazirə" layihəsi çərçivəsində "Hollandiya incəsənəti" mövzusunda növbəti mühazirə keçirilib. Muzeyin İnnovasiya şöbəsinin müdiri, sənətşünas Məhbarə Abbasova tərəfindən təqdim olunmuş mühazirədə Qərbi Avropa incəsənətinin önəmli hissəsini təşkil edən Hollandiya incəsənətinə, görkəmli holland rəssamlarının sənət dünyasına nəzər salınıb. XVII əsrin "Qızıl dövrü"ndə yaradılmış əsərlərin kompozisiya və üslub xüsusiyyətlərindən, həmin zamanın rəssamlarının ilham mənbələri və onların dünya mədəniyyətinə göstərdikləri təsirlərdən danışılıb. Muzeyin holland rəssamlarının əsərlərindən ibarət kolleksiyasından geniş bəhs edilib.
Вид :
Лекторий МузеяДата :
31 октября 2024 г. - 31 октября 2024 г.Фотогалерея