Oktyabrın 31-də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutan aksiyada muzeyin əməkdaşları iştirak ediblər.

Aksiya zamanı torpaq-iqlim şəraitinə uyğun ümumilikdə 100 ədəd şam və zeytun ağacları əkilib.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə dəstək olmaq və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
Növ :
Muzeydə mühazirəVaxt :
31 Oktyabr 2024 - 31 Oktyabr 2024event gallery