Oktyabrın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində “İpək yolu incəsənəti” adlı mühazirə keçirilib. ABŞ-ın Uilyam Paterson Universitetinin professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Fulbright təqaüdçüsü He Çjan tərəfindən təqdim olunmuş mühazirə geniş tarixi dönəmi əhatə edərək İpək Yolu üzərində yerləşmiş bir sıra qədim dövlətlərin incəsənətinə həsr olunub.

Oktyabrın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində “İpək yolu incəsənəti” adlı mühazirə keçirilib. ABŞ-ın Uilyam Paterson Universitetinin professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Fulbright təqaüdçüsü He Çjan tərəfindən təqdim olunmuş mühazirə geniş tarixi dönəmi əhatə edərək İpək Yolu üzərində yerləşmiş bir sıra qədim dövlətlərin incəsənətinə həsr olunub. Mərkəzi Asiyaya daha çox diqqət ayıran məruzəçi ellinizm mərhələsində bu coğrafiyada formalaşmış incəsənətdə təzahür etmiş Qərb və Şərq üslublarının sintezindən, soqdilər, baktriyalılar və başqa qədim xalqların yaratdığı tanınmış sənət nümunələrindən, Xan və digər məşhur sülalələrin hakimiyyəti dönəmində Çin incəsənətinin əldə etdiyi yeni ideya və bədii-estetik məzmundan, onun qonşu ölkələrə təsirindən, buddizmin sənətdə əksindən və s. maraqlı məqamlardan danışıb.

Sonda professor He Çjan tərəfindən auditoriyanı maraqlandıran suallar cavablandırılıb

  • Növ :

    Muzeydə mühazirə
  • Vaxt :

    15 Oktyabr 2024 - 15 Oktyabr 2024

event gallery