Noyabrın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində yeni açılmış "Səttar Bəhlulzadə-təbiətin ecazkar nağılı" sərgisi çərçivəsində "Azərbaycan rənglərinin cazibəsi: Səttar Bəhlulzadənin yaradıcılıq dünyası" adlı mühazirə keçirilib.
Noyabrın 7-də Azərbaycan Milli İncəsənət Muzeyində yeni açılmış "Səttar Bəhlulzadə-təbiətin ecazkar nağılı" sərgisi çərçivəsində "Azərbaycan rənglərinin cazibəsi: Səttar Bəhlulzadənin yaradıcılıq dünyası" adlı mühazirə keçirilib. Rəssam, incəsənət nəzəriyyəçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Teymur Daiminin təqdim etdiyi mühazirədə milli təsviri sənətin görkəmli nümayəndəsi, böyük sənətkar Səttar Bəhlulzadənin özünəməxsus yaradıcılıq yolu, Azərbaycan təbiətinin gözəlliklərini və milli ruhunu öz əsərlərində əks etdirmək bacarığı, eləcə də sənətdə qoyduğu dərin izdən, əsərlərinə xas kompozisiya və rəng harmoniyasından söz açılıb.
Mühazirədən sonra muzeyin Elmi bərpa şöbəsinin rəssamı Samir Talıbovun rəhbərliyi ilə ustad dərsi keçirilib. İştirakçılar Səttar Bəhlulzadənin "Lalələr" əsərinin surətini işləyiblər.
Type :
Lectorium in the MuseumTime :
Nov. 7, 2024 - Nov. 7, 2024event gallery