“Muzeydə mühazirə” layihəsi çərçivəsində növbəti maraqlı mövzu dinlənilib. AMİM-nin İnnovasiya şöbəsinin müdiri Məhbarə Abbasova tərəfindən təqdim olunmuş mühazirədə XVIII əsrin sonu XIX əsrdə Avropada geniş yayılmış romantizm cərəyanının əsas bədii xüsusiyyətlərindən, Almaniya, Fransa, Rusiya romantizminin səciyyəvi cəhətlərindən bəhs edilib.

Məruzədə, həmçinin muzeyin kolleksiyasında qorunub saxlanılan Fridrix Avqust fon Kaulbax, Vasili Tropinin, Karl Brullov, Konstantin Makovski, İvan Ayvazovski kimi görkəmli rəssamların əsərlərindən əhatəli söz açılıb. Maraqlı təhlillər və AMİM-nin ekspozisiyasına daxil olan əsərlərin fotoşəkillərindən ibarət təqdimat dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

  • Növ :

    Muzeydə mühazirə
  • Vaxt :

    1 May 2025 - 1 May 2025

event gallery