İyunun 12-də Azərbaycan Milli İncəsənət Muzeyində Danimarka və Almaniya rəssamı Olaf Viqqo Lanqerin “Şirvanşahlar sarayı. Minarə” (1911) əsərinin geniş ictimaiyyətə təqdimatı və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimovanın “Viqqo Lanqerin yaradıcılığında Bakı” mövzusunda məruzəsi baş tutub.
İyunun 12-də Azərbaycan Milli İncəsənət Muzeyində Danimarka və Almaniya rəssamı Olaf Viqqo Lanqerin “Şirvanşahlar sarayı. Minarə” (1911) əsərinin geniş ictimaiyyətə təqdimatı və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimovanın “Viqqo Lanqerin yaradıcılığında Bakı” mövzusunda məruzəsi baş tutub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə Danimarkanın “Bruun Rasmussen” hərrac evindən əldə edilmiş əsər Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “Küləklər şəhərinin salnaməsi: XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı” sərgisi çərçivəsində təqdim olunub. Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman İbrahimov çıxış ediblər. Çıxışlarda xarici rəssamların əsərlərində əks olunan Bakı təsvirlərinin ölkənin tarixi-mədəni irsinin öyrənilməsi baxımından əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Olaf Viqqo Lanqerin yaradıcılığına aid bu əsərin Azərbaycana qaytarılması, onun elmi cəhətdən araşdırılması, reatribusiya işinin aparılması milli mədəni irsin qorunması, muzey fondlarının və Azərbaycan sənətşünaslığının yeni mövzularla zəngingləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sevil Kərimovanın təqdim etdiyi məruzədə XIX əsrin ikinci yarısından etibarən xarici rəssamların yaradıcılığında Bakı mövzusunun əks olunması ənənəsinə nəzər salınıb, Olaf Viqqo Lanqerin həyat və yaradıcılığı ilə bağlı müxtəlif xarici mənbələr əsasında apardığı tədqiqatların nəticələri iştirakçıların diqqətinə çatdırılıb. Rəssamın 1911-ci ildə Bakıya səfəri, şəhərin memarlıq abidələrinə marağı, eləcə də bu səfərin onun yaradıcılığında tutduğu yer haqqında ətraflı məlumat verilib. Təqdimat zamanı əsərin reatribusiya məsələsi və təsvir edilmiş məkanın dəqiq müəyyənləşdirilməsi ilə bağlı elmi tədqiqatın nəticələri xüsusi maraqla qarşılanıb. Daha sonra iştirakçılar "Küləklər şəhərinin salnaməsi: XIX–XXI əsrlər rəssamlarının əsərlərində Bakı” sərgisi ilə tanış olublar.
Növ :
Muzeydə mühazirəVaxt :
12 İyun 2026 - Noneevent gallery