Dekabrın 19-da "Muzeydə mühazirə" layihəsi çərçivəsində dinləyicilərə növbəti maraqlı mövzu təqdim olunub.
Dekabrın 19-da "Muzeydə mühazirə" layihəsi çərçivəsində dinləyicilərə növbəti maraqlı mövzu təqdim olunub. AMİM-in İnnovasiya şöbəsinin müdiri, sənətşünas Məhbarə Abbasovanın "Muzey kolleksiyasında rus avanqardı" adlı mühazirəsində XX əsrin əvvəllərində yaranaraq ənənəvi sənət sərhədlərini aşan, inqilabi yanaşmaları ilə dünya mədəniyyətinə təsir edən rus avanqard hərəkatının yaranışı, inkişafı və M.Matuşin, K.Maleviç, A.Lentulov, V.Kandinski, L.Lisitski, N.Suyetin və digər görkəmli nümayəndələri haqqında danışıb. Məruzəçi öz çıxışında V.Kandinski və həyat yoldaşı N.Kandinskayanın, A.Lentulov, L.Lisitski kimi avanqard rəssamların muzeyin kolleksiyasına daxil olan əsərləri haqqında geniş bəhs edib.
Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Növ :
Muzeydə mühazirəVaxt :
19 Dekabr 2024 - 19 Dekabr 2024event gallery