Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş "Xocalı soyqırımı rənglərin dili ilə" adlı mühazirə keçiriləcək.
Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş "Xocalı soyqırımı rənglərin dili ilə" adlı mühazirə keçiriləcək. AMİM-nin Sərgi və tərtibat şöbəsinin müdiri, sənətşünas Əsəd Quliyevin təqdimatında baş tutacaq mühazirədə insanlığa qarşı yönəlmiş bu vandalizm aktının tarixindən, mövzunun Azərbaycan rəssamlarının yaradıcılığında əksindən bəhs ediləcək. Məruzəçi tərəfindən, həmçinin muzeyin kolleksiyasında yer almış çoxsaylı rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri tarixi faciənin kontekstində geniş təhlil obyektinə çevriləcək.
Növ :
Muzeydə mühazirəVaxt :
26 Fevral 2025 - 26 Fevral 2025event gallery