Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində “Təsviri sənətdə Müqəddəs Məryəm obrazı” adlı növbəti maraqlı məruzə dinlənildi.

Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində “Təsviri sənətdə Müqəddəs Məryəm obrazı” adlı növbəti maraqlı məruzə dinlənildi. AMİM-nin Fond şöbəsinin Rəngkarlıq bölməsinin müdiri Şöhrət Məcnunova tərəfindən təqdim olunan mühazirədə orta əsrlər Bizans incəsənətində, rus ikonalarında, xüsusilə Qərbi Avropada İntibah dönəmində Leonardo da Vinçi, Rafael Santi kimi dahi sənətkarların əsərlərində Məryəm ana ikonoqrafiyasının başlıca cəhətləri vurğulandı. Məruzəçi Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyası əsasında R.Santi, B.E.Murilyo, V.Kandinski və digər dünyaca məşhur rəssamların mövzunu əks etdirən əsərlərinin geniş bədii təhlilini apardı.

  • Növ :

    Muzeydə mühazirə
  • Vaxt :

    9 Yanvar 2025 - 9 Yanvar 2025

event gallery