Azərbaycan Milli İncəsənət Muzeyində "Elmira Şahtaxtinskayanın yaradıcılıq yolu" adlı mühazirə keçirilib. Muzeyin Fond şöbəsinin böyük elmi işçisi Esmira Abbasova tərəfindən təqdim olunmuş mühazirədə Xalq rəssamı, görkəmli qrafika ustası, daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi tanınan Elmira Şahtaxtinskayanın həyat və yaradıcılığından geniş bəhs edilib.
Azərbaycan Milli İncəsənət Muzeyində "Elmira Şahtaxtinskayanın yaradıcılıq yolu" adlı mühazirə keçirilib. Muzeyin Fond şöbəsinin böyük elmi işçisi Esmira Abbasova tərəfindən təqdim olunmuş mühazirədə Xalq rəssamı, görkəmli qrafika ustası, daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi tanınan Elmira Şahtaxtinskayanın həyat və yaradıcılığından geniş bəhs edilib. Rəssamın yaratdığı Azərbaycanın tanınmış elm, ədəbiyyat və incəsənət xadimlərinin yüksək bədii obraza malik portretləri, şəhər mənzərələri, fəlsəfi çalarlarla zəngin digər təbiət motivləri, yaradıcılığında daima milli ənənələrə üz tutması və başqa mühüm məqamlar məruzədə xüsusilə vurğulanıb.
Tədbirin sonunda Elmira Şahtaxtinskayanın zəngin həyat və yaradıcılıq yolunun ekranlaşdırıldığı "İncəsənətin qüvvəti" adlı sənədli film nümayiş olunub.
Növ :
Muzeydə mühazirəVaxt :
15 Noyabr 2024 - 15 Noyabr 2024event gallery