Azərbaycan Milli İncəsənət Muzeyində 20 Yanvar faciəsinin 35 illiyinə həsr olunmuş mühazirə keçirilib.
Azərbaycan Milli İncəsənət Muzeyində 20 Yanvar faciəsinin 35 illiyinə həsr olunmuş mühazirə keçirilib. AMİM-nin Sərgi və tərtibat şöbəsinin müdiri, sənətşünas Əsəd Quliyevin təqdim etdiyi "Təsviri sənət əsərlərində 20 Yanvar mövzusunun əksi" adlı mühazirədə xalqın azadlıq uğrunda apardığı mübarizənin, sarsılmaz əzminin rəmzi olan bu hadisənin rəngkarlıq, qrafika və heykəltəraşlıq sahələrində əksindən, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Kamil Nəcəfzadə, Cahangir Rüstəmov, Şamo Abasov, Fərman Qulamov, Elmira Şahtaxtinskaya, Nazim Məmmədov, Xanlar Əhmədov, Sahib Quliyev və digər tanınmış təsviri sənət nümayəndələrinin muzeyin kolleksiyasında saxlanılan əsərlərindən söz açılıb. Müasir Azərbaycan tarixinin müstəqilliyə yol açan bu şanlı salnaməsinin, qan yaddaşımızın gələcək nəsillərə daşınmasında bəhs edilən sənət nümunələrinin əvəzolunmaz rolu vurğulanıb.
Növ :
Muzeydə mühazirəVaxt :
18 Yanvar 2025 - 18 Yanvar 2025event gallery