Azərbaycan Milli İncəsənət Muzeyi sizi "Muzeydə mühazirə" layihəsi çərçivəsində "Natiq Səfərov və bərpa işləri" adlı növbəti maraqlı mühazirəyə dəvət edir.
Azərbaycan Milli İncəsənət Muzeyi sizi "Muzeydə mühazirə" layihəsi çərçivəsində "Natiq Səfərov və bərpa işləri" adlı növbəti maraqlı mühazirəyə dəvət edir. Muzeyin Fond şöbəsinin Arxeoloji keramika və çini bölməsinin elmi işçisi Solmaz Səfərova tərəfindən təqdim olunacaq mühazirədə Azərbaycanda bərpa sənətinin tarixi, AMİM-in Elmi-bərpa şöbəsinin müdiri, ali dərəcəli bərpaçı- rəssam Natiq Səfərovun bu sahədəki çoxillik fəaliyyəti, onun rəhbərliyi və iştirakı ilə yeni həyat qazanmış sənət əsərləri haqqında maraqlı faktlar auditoriyanın diqqətinə çatdırılacaq.
Вид :
Лекторий МузеяДата :
28 ноября 2024 г. - 28 ноября 2024 г.Фотогалерея